Misirdə növbəti Qəzza danışıqları KEÇİRİLƏCƏK

media-ads_728_90

Qəzza zolağında davam edən münaqişənin həlli ilə bağlı ABŞ və İsraildən olan nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar oktyabrın 5-də Misirdə keçiriləcək.

“TV1” xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff artıq Misirə yollanıb.

Danışıqlarda eyni zamanda, ABŞ nümayəndə heyətində Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşnerin də yer alacağı bildirilir. O, Qəzza zolağında münaqişənin nizamlanması ilə bağlı planınAtərtibatçılarından biridir.

İsraildən olan nümayəndə heyətinə isə baş nazir Binyamin Netanyahunun səlahiyyəti vəkili – İsrailin strateji planlaşdırma naziri Ron Dermerin başçılıq edəcəyi söylənilir.

Qeyd edək ki, oktyabrın 3-də HAMAS hərəkatı Trampın irəli sürdüyü plan əsasında bütün girovları azad etməyə hazır olduğunu bildirib. Eyni zamanda HAMAS Qəzza zolağının idarəçiliyinin fələstinli texnokratlardan ibarət müstəqil hakimiyyət orqanına təhvil verilməsinə razı olub.

media-ads_728_90
Paylaş