Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər müttəfiqlik ruhunda davam edəcək - VİDEO

media-ads_728_90

Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə görüşündə Moskva ilə Bakı arasında münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvar olduğunu bildirib.

“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə V.Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

Rusiya lideri deyib:

“Ümid edirəm ki, bu əməkdaşlıq, sadəcə olaraq, bərpa edilməyəcək, münasibətlərimizin ruhunda, müttəfiqliyimiz ruhunda davam edəcək. Biz bunu heç vaxt unutmuruq, bu yaxınlarda imzalanmış müqaviləni xatırlayırıq və onun bütün əsas müddəalarının həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik”.

media-ads_728_90
Paylaş