Müəllimlər üçün vahid geyim olacaqmı? - RƏSMİ AÇIQLAMA
“Müəllimlər üçün vahid geyim nəzərdə tutulmur”.
“TV1” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün bu gün keçirilən brifinqdə deyib.
“Etik kodekslərimizdə müəllimin geyim forması ilə bağlı tövsiyələrimiz var. Amma vahid geyimlə bağlı plan yoxdur”, – deyə E.Əmrullayev nazir bildirib.