Muzeydə açıq qapı GÜNLƏRİ

media-ads_728_90

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illik yubileyi münasibətilə Azərbaycan Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək.

“TV1” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında bildirilir.

Qeyd olunur ki, 14-19 oktyabr tarixlərində muzeyə giriş pulsuz olacaq.

“Bu fürsətdən siz də yararlanın – muzeydə dəmir yollarının 145 illik tarixinə səyahət edənlərdən olun”, – deyə məlumatda bildirilir.

media-ads_728_90
Paylaş