Nepalın XİN rəhbəri aksiyada döyüldü - VİDEO

media-ads_728_90

Nepalda etirazçılar ölkə Prezidenti Ramçandra Paudelin iqamətgahına basqın edib və yandırıblar.

“TV1” xəbər verir ki, bu barədə məlumatı “NDTV” telekanalı yayıb.

Telekanalda, eləcə də sosial şəbəkələrdə yayılan görüntülərdən etirazçıların Paudelin evini dağıtdığını görmək mümkündür.

Bundan əvvəl isə aksiya iştirakçıları paytaxt Katmanduda bir neçə siyasətçinin iqamətgahını da yandırıblar.

Qeyd edək ki, sentyabrın 4-də Nepal rəhbərliyi ölkənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində qeydiyyatdan keçməyən vatsap messenceri, feysbuk və instaqram, eləcə də digər sosial şəbəkələrə məhdudiyyətlər tətbiq edib. Sentyabrın 8-də Katmanduda və digər şəhərlərdə minlərlə etirazçının iştirakı ilə hökumətin bu qərarına qarşı aksiya keçirilib. Aksiyada əsas olaraq gənclər iştirak edib. Etirazlar zamanı baş verən qarşıdurmalarda 19 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb. Məhdudiyyətlər sentyabrın 9-da ləğv edilib.

Bununla belə, bu gün paytaxtda parlament binasının önündə hökumətin istefası tələbi ilə aksiya təşkil edilib.

“India Today” telekanalının məlumatına görə, Nepaldakı etirazlarda həlak olanların sayı 22 nəfərə çatıb.

Bununla yanaşı, ölkənin keçmiş Baş naziri Şer Bahadur Deuba və onun həyat yoldaşı, hazırkı xarici işlər naziri Arzu Rana Deuba aksiya zamanı hücuma məruz qalıb.

Belə ki, onlar etirazçılar tərəfindən döyülüb. Eyni zamanda, XİN rəhbərinə məxsus özəl məktəb də yandırılıb.

media-ads_728_90
Paylaş