İranla Ermənistan arasında 10 əməkdaşlıq sənədi imzalanıb - YENİLƏNİB 3
İran və Ermənistan arasında birgə bəyanat və müxtəlif sahələrdə 10 əməkdaşlıq sənədi imzalanıb.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu gün İran prezidenti Məsud Pezeşkian və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etdiyi tədbirdə siyasi, sosial, mədəniyyət, turizm, sənaye, təhsil, yol və şəhərsalma, incəsənət, səhiyyə sahələrində əməkdaşlıq sənədləri imzalanıb.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian 18 avqustda yüksək səviyyəli heyətin müşayəti ilə Ermənistana səfər edib.
12:07 —————————————————————————————————————————–
İran Prezidenti Məsud Pezeşkian və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında İrəvanda aparılan danışıqların nəticəsi olaraq 10 anlaşma memorandumunun imzalanması planlaşdırılır.
“TV1” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
10:44 ——————————————————————————————————————————–
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvana ilk dəfə rəsmi səfərə gələn İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, qarşılanma mərasimi N.Paşinyanın iqamətgahında keçirilib.
Qeyd edək ki, M.Pezeşkian Ermənistana ötən gün gəlib. O, səfərdən öncə bildirib ki, İrəvana səfərinin əsas mövzusu “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı olacaq. Prezident həmçinin qeyd edib ki, “Şərq-Qərb” marşrutu ticarət üçün mühüm platforma ola bilər.
O həmçinin qedy edib ki, Ermənistanla energetika, nəqliyyat, investisiya, səhiyyə və turizm sahələrində əməkdaşlığın inkişafı məsələləri nəzərdən keçiriləcək.








