Növbəti köç karvanı mənzil başına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB 1
Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndinə çatan ailələrə mənzillərin açarlar təqdim olunub.
“TV1” xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak edib.
Seyidbəyli və Daşbulaq kəndlərində sakinlərin normal yaşayış səviyyəsinin təmin olunması üçün bütün zəruri tədbirlər görülüb. Evlər müasir tələblər səviyyəsində bərpa edilib.
*****
13:11
Ağdamdan Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndlərinə yola salınan növbəti köç karvanı mənzil başına çatıb.
“TV1” xəbər verir ki, Seyidbəyli və Daşbulaq kəndlərinə çatan ailələrə daha sonra sahib olduqları evlərin açarları təqdim ediləcək.
*****
12:15
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndlərinə növbəti köç yola salınıb.
“TV1” xəbər verir ki, bu mərhələdə Seyidbəyli kəndinə 18 ailə olmaqla 61 nəfər, Daşbulaq kəndinə isə 8 ailə olmaqla 24 nəfər köçürülür.
Köç edən ailələr Ağdamın Dördyol adlanan ərazisindən Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndlərinə yola salınıb.
Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.








