Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırılıb

media-ads_728_90

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb.

“TV1” xəbər verir ki, bu barədə Nazirlikdən məlumatında qeyd edilib.

Oktyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiyaları, oktyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin oktyabr ayı üzrə pensiyaları, bu gün isə oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

media-ads_728_90
Paylaş