Ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb
Milli Hidrometeorologiya Xidmətinin avqustun 15-i saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb.
“TV1” xəbər verir ki, düşən yağıntının miqdarı Astarada 7, Zaqatalada 6, Qaxda 5, Balakəndə 3, Şəkidə (Kişçay) 2, Mingəçevir, Kəlbəcər, Xankəndi, Xocalıda 1 millimetrədək qeydə alınıb.
Lerik, Daşkəsən, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin bu həftənin sonunadək davam edəcəyi gözlənilir.