Ölkədə ətin qiyməti ilə bağlı AÇIQLAMA

media-ads_728_90

“Bələdiyyələrin hər biri öz ərazilərində müəyyən qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər”.

“TV1” xəbər verir ki, bunu deputat Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda ət qiymətləri yüksəkdir:

“Bunun səbəblərindən biri odur ki, bəzi hallarda mal-qara sahibləri məhsullarını bazara lazımi qaydada çıxara bilmirlər. Amma həmin şəxslər məhsullarını müəyyən köşklər vasitəsilə sata bilməlidirlər. Bu mənada bələdiyyələr çox böyük rol oynaya bilər”.

T.Rzayev hesab edir ki, bələdiyyələrin hər biri öz ərazilərində müəyyən qanunvericilik çərçivəsində ət köşkləri yarada bilərlər:

“Bundan həm də bələdiyyə qazana bilər. Bələdiyyələrin rayonlarda yaşayan vətəndaşların məhsullarını satmasını təmin etməsi mümkündür”.

media-ads_728_90
Paylaş