Ölkədə internetin sürəti ilə bağlı AÇIQLAMA

media-ads_728_90

Hazırda “Aztelekom” MMC-nin şəbəkəsində internet xidmətlərinin göstərilməsində hər hansı nasazlıq və yaxud kəsintilər müşahidə olunmur.

“TV1” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.

“Abunəçilərimizə sabit və fasiləsiz internetin təmin edilməsi bizim üçün əsas prioritetdir”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün sosial şəbəkələrdə ölkədə internet təchizatı ilə bağlı problemlərin olması barədə məlumatlar yayılıb.

media-ads_728_90
Paylaş