Ölkəyə gətirilən birdən artıq mobil telefonlara 100 manat aksiz vergisi tətbiq ediləcək
Azərbaycana gətirilən mobil cihazlara gömrük rüsumu ilə paralel aksiz vergisi də tətbiq ediləcək.
“TV1” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Beləliklə, bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində 1 ədəddən artıq mobil cihaz üçün 100 manat aksiz vergisi tətbiq olunacaq.








