Ordubadda qarın hündürlüyü 19 santimetrə çatıb
Gün ərzində muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.
“TV1” xəbər verir ki, Şahbuz, Culfa və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.
Axşam saatlarına doğru Ordubad rayonunun Parağaçay qəsəbəsi istiqamətindəki 3800-3900 metr yüksəklik ərazidə qarın hündürlüyü 19 santimetrə çatıb.