media-1200x100

Orta Dəhlizlə bu il yükdaşımalar ötən illə müqayisədə artıb - VİDEO 

media-ads_728_90

“Orta Dəhlizlə bu il yükdaşımalar ötən illə müqayisədə artıb. Kifayət qədər ciddi işlər görülüb”.

“TV1” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Ötən həftə biz Gürcüstanda Qazaxıstan özəl dəmiryol rəhbərləri birgə üçtərəfli görüş keçirdik:

“Görüşdə üçtərəfli görüş keçirdik. Görüşdə biz bu dəhlizin inkişafı üçün atılacaq addımları müzakirə etdik. O cümlədən, keçən il yaradılmış birgə müəssisənin aktivləşdirilməsi üçün prinsipal qərarlar verildi. Birgə müəssisənin əməliyyat və maliyyə modelinin təqdimatı oldu. Növbəti il bu istiqamətdə, xüsusən də Çindən gələcək yüklərlə bağlı qərarlar verilib. Bu il 300-ün üzərində blok qatar Çindən yola salınıb. Artıq bu gün 306-cı blok qatar yola düşdü. Çindən növbəti il isə bu rəqəm 3 dəfə artırılaraq 1000 blok qatara çatdırılması planlaşdırılır”.

İlkanə Vaqifqızı

media-ads_728_90
Paylaş