Ötən ay təcili yardıma günvurma ilə bağlı Bakıda 53 müraciət qeydə alınıb

media-ads_728_90

İyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərindən günvurma ilə bağlı 53 nəfər (18-i qadın, 35-i kişi olmaqla) müraciət edib.

“TV1” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, onlardan 28 nəfəri tibb müəssisəsinə hospitalizasiya olunub, 21 nəfərə yerində tibbi yardım göstərilib: “Bakı şəhəri üzrə 4 nəfərin tibbi xidmətdən imtinası qeydə alınıb. Regionlar üzrə günvurma ilə bağlı isə Quba, Ağstafa, Sabirabad, Hacıqabul, Neftçala və Zaqatala rayonlarından daxil olun müraciətlər üzrə 6 nəfər tibb müəssisələrinə hospitalizasiya olunub, 4 nəfərə isə yerində tibbi yardım göstərilib”.

media-ads_728_90
Paylaş