Ötən həftə 183 mina və 673 partlamamış hərbi sursat zərərsizləşdirilib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 4-10 avqust tarixlərində icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.
“TV1” xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 153, tankəleyhinə 30 mina və 673 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 1362,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.