Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin SAYI
Ötən il Azərbaycanda 549 körpə ölü doğulub.
“TV1” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin nəşr etdirdiyi “Azərbaycanda uşaqlar” məcmuəsində qeyd olunub.
Keçən il perinatal dövrdə (dölün bətndaxili həyatının 22-ci tam həftəsindən başlayır) ölənlərin sayı 1 319 döl təşkil edib. Həmin müddətdə 2 519 uşaq ölümü qeydə alınıb. Onlardan 1 449-u oğlan, 1070-i isə qızdır. 7 günədək ömür sürən körpə sayı 770-dir.
Ötən il üzrə ölkədə 1 420 bir yaşadək körpə ölümü baş verib və bunun 751-i şəhər, 669-u isə kənd yerlərində qeydə alınıb. Beş yaşadək ölən uşaqların sayı 1 745 olub ki, bunun da 981-i oğlan, 764-ü qızdır.
Bundan başqa, ötən il Azərbaycanda 29 ana ölümü faktı qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahılıq dövründə ölən anaları əhatə edib.
2023-cü ildə isə perinatal dövrdə ölənlərin sayı 1 837, körpə ölümü 2039, ana ölümlərinin sayı isə 33 olub.