Pakistan Talibanı məhv etməklə hədələyib

media-ads_728_90

Pakistan Talibanı məhv etməklə hədələyib.

“TV1” “Reuters“ə istinadən xəbər verir ki, Pakistanın müdafiə naziri Xavaca Asif “X” hesabında bildirib.

“Taliban rejimini məhv etmək və onları gizlənmək üçün mağaralara qovmaqdan ötrü Pakistanın öz arsenalının kiçik bir hissəsini belə istifadə etməyə ehtiyacı yoxdur”, – deyə Pakistanın müdafiə naziri yazıb.

Qeyd edək ki, Pakistan və Əfqanıstan arasında İstanbulda aparılan danışıqlar uğursuz nəticələnib. Bu ay iki ölkənin sərhəd bölgəsində yaşanan hərbi toqquşmalarda onlarla insan həlak olub.

media-ads_728_90
Paylaş