Pakistanda daşqınlar səbəbindən 300 min insan təxliyə edildi

media-ads_728_90

Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar səbəbi ilə insanlar təxliyə edilib.

“TV1” xəbər verir ki, Pəncab əyalətində son 48 saatda 300 minə yaxın insan təhlükəsiz bölgələrə təxliyə edilib.

Qeyd olunub ki, əyalətdəki 33 min kənddə 3,3 milyondan çox insan daşqınlardan zərər çəkib. Zərərin qiymətləndirilməsi işlərinin davam etdiyi, evlərini itirənlərə isə əyalət hökuməti tərəfindən təzminat ödəniləcəyi bildirilıb.

Müzəffərqarh rayonunda onlarla kəndin, ardınca Hindistan sərhədinə yaxın Narowalnın və Sialkotun musson yağışlarının yaratdığı daşqınlar altında qaldığı deyilir.

media-ads_728_90
Paylaş