Pakistanda daşqınlara görə 1 milyona yaxın insan TƏXLİYƏ EDİLDİ

media-ads_728_90

Pakistanın Pəncab, Xeybər-Paxtunxva əyalətlərində, o cümlədən, şimalda yerləşən Azad Cammu, Kəşmir, Gilgit-Baltistan bölgələrindən baş verən daşqınlarla əlaqədar ümumilikdə 766 mindən çox insan təxliyə olunub.

“TV1” xəbər verir ki, bu barədə “Reuters”-in yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, təbii fəlakətin baş verdiyi bölgələrdə 351 tibb düşərgəsi və 511 ümumi müvəqqəti sığınacaq salınıb, on minlərlə insana tibbi yardım göstərilib.

Məlumata görə, son bir neçə gün ərzində təkcə Pəncab əyalətində daşqınlarda həlak olan insanların sayı 33 nəfərə çatıb. Ümumilikdə musson yağışlarının başlanmasından bəri ölkə ərazisində 850-dən çox insan həyatını itirib.

media-ads_728_90
Paylaş