Pakistanda leysan yağışları 200-ə yaxın insanın həyatına son qoyub

media-ads_728_90

“TV1” xəbər verir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Rəsmilər bildiriblər ki, ölüm halları Hayber-Paxtunxva əyalətinin dağlıq ərazilərində qəfil yağışlar, daşqınlar, ildırım düşməsi və uçqunlar səbəbindən baş verib.

Xilasedicilərin bildirdiyinə görə, çay və dərələrin daşması nəticəsində Svat rayonunda 2000-dən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

media-ads_728_90
Paylaş