Pakistanda təhlükəsizlik qüvvələrinə HÜCUM - 4 ölü, 17 yaralı
Pakistanın şimal-qərb bölgəsində yerləşən Hanqu qəsəbəsində silahlı şəxslər təhlükəsizlik qüvvələrinə hücum edib.
“TV1” xəbər verir ki, nəticədə Pakistan təhlükəsizlik qüvvələrinin 3 zabiti həlak olub, 17-si isə xəsarət alıb.
Hücum edən şəxslərdən isə bir nəfər zərərsizləşdirilib.
Hələlik hücumla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.