Pakistanda yağış fəlakəti - Ölənlərin sayı 600-ü ötüb
Pakistanda musson yağışları səbəbindən 650 nəfər həlak olub, 900-dən çox insan xəsarət alıb.
“TV1” xəbər verir ki, bu barədə Pakistan mediası Fövqəladə Hallar İdarəsinə istinadən məlumat yayıb.
Ən çox itki Xayber-Paxtunxva əyalətində qeydə alınıb – 392 ölü və 245 yaralı.
30 minə yaxın insan təxliyə edilərək müvəqqəti sığınacaqlarda yerləşdirilib.
Eyni zamanda, 2,5 min bina zədələnib, heyvandarlıq və kənd təsərrüfatına əhəmiyyətli ziyan dəyib.