Paşinyanın oğlu işlə bağlı MÜRACİƏT ETDİ
Ermənistanın Baş nazirin Nikol Paşinyanın oğlu Aşot Paşinyan ekskursiya rəhbəri işləmək istəyir.
“TV1” xəbər verir ki, O, Ermənistan Milli Qalereyasının rəhbərliyinə müraciət edərək işə götürülməsini xahiş edib.
Məlumata görə, Aşot rəssamlıqla məşğul olur və iki il əvvəl ilk sərgisini təşkil edib.
Qeyd olunub ki, ordu sıralarında xidmətdən sonra Aşot Paşinyan təhsilini yarımçıq qoyub və bir müddət pivə satıcısı işləyib, daha sonra isə rəsm çəkməyə başlayıb. O, əsasən ailəsindən ayrı yaşayır və son vaxtlar Ararat vilayətindəki kəndlərdən birində məskunlaşıb.