Pekin və Bakı ikitərəfli əməkdaşlıq üçün böyük potensiala malikdir - SƏFİR

media-ads_728_90

“Pekin və Bakı əməkdaşlıq üçün böyük perspektivlərə və potensiala malikdir”.

“TV1” xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bu gün brifinqdə bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə son səfəri zamanı (30 avqust – 3 sentyabr tarixlərində – red.) iki ölkənin liderlərinin praqmatik əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıqlarını xatırladıb.

“Çin Sədri Si Cinpin qeyd edib ki, milli inkişaf strategiyalarının uyğunlaşdırılmasını aktivləşdirmək, “Bir kəmər, bir yol” çərçivəsində yüksək keyfiyyətli əməkdaşlığı inkişaf etdirmək, ticarət və investisiyaların sadələşdirilməsinə töhfə vermək, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) buraxılış qabiliyyətini daim artırmaq, infrastruktur, kənd təsərrüfatı və energetika kimi ənənəvi sahələrdə əməkdaşlığı genişləndirmək, eyni zamanda rəqəmsal iqtisadiyyat, “yaşıl inkişaf” və süni intellekt kimi yeni sahələrdə qarşılıqlı fəaliyyət göstərmək vacibdir”, – deyə Lu Mey qeyd edib.

media-ads_728_90
Paylaş