Pərviz Şahbazov: “Trans-Xəzər Yaşıl Enerji Dəhlizi” üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanacaq" - VİDEO
“Qazaxıstan Enerji Həftəsi” çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) təşəbbüsü ilə Astanada “Mərkəzi Asiyada Bərpa Olunan Enerjinin Sürətləndirilməsi” mövzusuna həsr edilmiş tədbir keçirilib.
“TV1” xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxışında bildirib ki, bərpaolunan enerji resursları və kritik materiallarla zəngin Mərkəzi Asiya ilə qonşu regionlar arasında yaşıl enerji sahəsində güclü əlaqəni təşviq edən APRECA təşəbbüsü ötən il ilk dəfə Azərbaycanda COP29 çərçivəsində təqdim olunub və “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” bu məqsədə töhfə verən layihələrdəndir.
Həmçinin qeyd olunub ki, Azərbaycanın hazırda bərpaolunan enerji sahəsində atdığı irimiqyaslı addımlar 2030-cu ilədək enerji sistemində bu mənbələrin payını təxminən 40 faizə çatdırmaqla yanaşı, regional tərəfdaşlıqların qurulmasına və strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə yönəlib.
“Kazenergy”nin sədri Bolat Akçulakov “TV1” kanalına açıqlamasında bildirib ki, Azərbaycanla əməkdaşlıq – bu artıq tarixi bir məsələdir:
“Aydındır ki, hansısa yatağın işlənməsi və ya böyük layihələrdə çox güclü aktivlik bəlkə də olmayıb. Daha çox kiçik ortaq layihələr həyata keçirilib. Amma sözdə “Transxəzər dəhlizi” dediyimiz layihə əvvəldən mövcud olub. Bilirsiniz ki, bu gün Qazaxıstan neftinin əsas ixrac marşrutu Kaspiy Boru Kəməri Konsorsiumu – KBK-dır. Qazaxıstan böyük ölkədir, amma “landlocked” adlanır, yəni açıq dənizlərə və okeanlara çıxışı yoxdur. Buna görə logistika məsələləri Qazaxıstan üçün çox vacibdir. Biz bütün mümkün marşrutlardan və istiqamətlərdən istifadə edirik, harada qarşılıqlı faydalı ticarət mümkündürsə. Ona görə biz yalnız bir yolu seçirik demirik, bütün mümkün qarşılıqlı faydalı marşrutlardan Qazaxıstan və tərəfdaşlarımız üçün istifadə edirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarını vahid geosiyasi məkana çevirən, ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini möhkəmləndirən siyasətində bərpa olunan enerji sahəsində əməkdaşlığın inkişafı mühüm yer tutur”.
“Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri Bahodirjon Sıdıqov “TV1”-ə açıqlamasında bildirib: “Düşünürəm ki, biz hazırda qardaş şirkətlərlə əməkdaşlığın çox ilkin mərhələsindəyik. Və əminəm ki, hər şey hələ qarşıdadır. Biz hazırda geoloji kəşfiyyat imkanlarını, birgə layihələrin reallaşdırılmasını çox geniş qiymətləndiririk. Eyni zamanda rəqəmsallaşma, ekoloji standartlar çərçivəsində də imkanlara baxırıq. Amma açığını desəm, hesab edirəm ki, perspektivlər çox genişdir, ən böyükləridir. Düşünürəm ki, hazırki mərhələdə məhz bu layihəyə daxil olmaq məsələsini biz müzakirə etməmişik. Yəni, bərabər paylarla, Azərbaycan Energetika Nazirliyi ilə çox böyük layihənin həyata keçirilməsi üçün müqavilə imzaladıq. Həmçinin, “Xəzər-Qara dəniz-Avropa”, müxtəlif marşrutlar üzrə “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji dəhlizləri layihələri barədə məlumat verilib”.
“Turkish Petroleum”un İdarə Heyətinin sədri Ahmet Türkoğlu “TV1”-ə açıqlamasında qeyd edib ki, nazirlərin Dəyirmi Masasında bərpa olunan enerjinin sürətli inkişafı üçün şəbəkələrin modernləşdirilməsi, etibarlı enerji saxlama sistemlərinin qurulması, investisiya imkanlarının genişləndirilməsi, təchizat zəncirlərinin təmin edilməsi, eləcə də regionlararası interkonnektorların yaradılması məsələləri müzakirə edilib. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi layihələr və planları diqqətə çatdırılıb, APRECA vasitəsilə əməkdaşlıq imkanları dəyərləndirilib.
Tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxışında öz növbəsində bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarını vahid geosiyasi məkana çevirən, ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini möhkəmləndirən siyasətində bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişafı mühüm yer tutur: “Tarixdə ilk dəfə ölkələrimizin elektrik enerjisi sistemlərini birləşdirəcək geostrateji əhəmiyyətli “Trans-Xəzər Yaşıl Enerji Dəhlizi”nin yaradılması bu siyasətin əsas prioritetləri ilə tam uzlaşır, Avropanı Xəzər dənizi vasitəsilə Asiya və Çinlə birləşdirən Orta Dəhlizin “yaşıl körpü” qismində inkişafına geniş imkanlar açır”.
Nazir eyni zamanda Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) dəstəyi ilə layihənin texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına qısa müddətdə başlanacağını bildirib:
“Həmçinin “Xəzər-Qara dəniz-Avropa”, müxtəlif marşrutlar üzrə “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji dəhlizləri layihələri barədə məlumat verilib. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin bu layihələrlə inteqrasiyası nəticəsində regionun böyük bərpaolunan enerji potensialının Türkiyə və Avropa bazarlarına yönəldilməsi, qitələrarası istehsal və istehlak mərkəzlərinin əlaqələndirilməsi, enerjinin dəyişkənliyinin idarə olunması kimi perspektivlər diqqətə çatdırılıb. Qeyd olunub ki, fiber-optik komponentə malik olan bu interkonnektorlar “Trans-Xəzər Yaşıl Enerji Dəhlizi” ilə birlikdə yalnız enerji və ekoloji təhlükəsizliyi deyil, həm də rəqəmsal və nəqliyyat bağlantılarını gücləndirərək ölkələrimizin Orta Dəhliz boyunca geostrateji əhəmiyyətini daha da artıracaq”.
İldırım Musayev – TV1-in Qazaxıstan bürosunun rəhbəri