Polis Nəsimidə yol hərəkətinə mane olan qadın barədə açıqlama yaydı
Paytaxtın Nəsimi rayonunda qadın avtomobil yolunda qeyri-adekvat hərəkətlər edib.
“TV1” xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin qadın polis əməkdaşları tərəfindən müəyyən olunub.
Araşdırmalarla məlum olub ki, 1981-ci il təvəllüdlü qadın psixi sağlamlığı ilə bağlı qeydiyyatdadır və ailə üzvlərinin nəzarətindən yayınaraq avtomobil yoluna çıxıb.
Onun sağlamlıq vəziyyəti alınaraq nəzarə alınaraq ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.








