Portuqaliyada FACİƏ - Funikulyorun relsdən çıxması nəticəsində17 nəfər ölüb - FOTO 

media-ads_728_90

Portuqaliyanın paytaxtı Lissabonda “Qloriya” funikulyorunun relsdən çıxması nəticəsində 17 nəfər ölüb, 18 nəfər yaralanıb.

“TV1” xəbər verir ki,  bu barədə “CNN Portugal” telekanalı məlumat yayıb.

Hadisə yerinə xilasedicilər qrupu cəlb olunub.

Milli Təcili Tibbi Yardım İnstitutunun (INEM) məlumatına görə, yaralılardan ən azı beşinin vəziyyəti ağırdır. Hadisə yerində 21 yerüstü nəqliyyat vasitəsinə dəstək verən 59 operator işləyir. Qəzanın səbəbi hazırda məlum deyil.

Qeyd edək ki, “Qloriya” funikulyoru şəhərin əsas simvollarından biridir və paytaxtın mərkəzində, “Restaurandoreş” meydanını San-Pedro de-Alkantara bağı ilə birləşdirən yerdə yerləşir.

 

media-ads_728_90
Paylaş