Prezident və Birinci vitse-prezident Cabir İmanovun vida mərasiminə əklil göndərib

media-ads_728_90

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovun vida mərasiminə əklil göndəriblər.

“TV1” xəbər verir ki, mərhumla vida mərasimi Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilir.

Mərasimdə mərhumun yaxınları, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, C.İmanov ötən gün günorta saatlarında ürəktutmasından vəfat edib.

C.İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib.

1992–2001-ci illərdə “Parni iz Baku” şən hazırcavablar klubunun üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə Şən Hazırcavablar Klubunun Yay Kubokunun sahibi və 2000-ci ildə Şən Hazırcavablar Klubu “Əsrin Çempionu” olub. 2001-ci ildən “Planet Parni iz Baku” Şən Hazırcavablar Klubu Teatrının aktyoru olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

 

media-ads_728_90
Paylaş