Xalq artisti Ramiz Quliyev dəfn edildi - YENİLƏNDİ
Xalq artisti Ramiz Quliyev ll Fəxri Xiyabanda dəfn edilib.
“TV1” xəbər verir ki, dəfn mərasimində sənətkarın yaxınları, dostları, sənət adamları iştirak ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər.
12:40
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ramiz Quliyevlə vida mərasimi başa çatıb.
“TV1” xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, mədəniyyət və incəsənət xadimləri, eləcə də mədəniyyət naziri Adil Kərimli iştirak ediblər.
Qeyd edək ki, Ramiz Quliyev ll Fəxri Xiyabanda dəfn ediləcək.
11:48
Beynəlxalq Muğam mərkəzində Xalq artisti Ramiz Quliyevlə vida mərasimi keçirilir.
“TV1” xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Ramiz Quliyevlə vida mərasiminə əklil göndəriblər.
Mərasimdə Xalq artistinin ailə üzvləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, Ramiz Quliyev II-ci Fəxri xiyabanda dəfn ediləcək.