Problemli kreditlərin məbləği 2 %-dən çox artıb

media-ads_728_90

Bu il martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 480,1 milyon manat təşkil edib.

“TV1” xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) məlumatında bildirilir.

Qeyd olunur ki, bu, fevralın 1-i ilə müqayisədə 1,05 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 6,9 %, son 1 ildə isə 2,3 % artıb.

Fevralın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6 % təşkil edib. Bu nisbət yanvarın sonuna da 1,6 %, dekabrın sonuna 1,5 %, ötən il fevralın sonuna isə 1,9 % olub.

media-ads_728_90
Paylaş