Putin Paşinyanla görüşüb

media-ads_728_90

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

“TV1” xəbər verir ki, görüş Kremldə baş tutub.

Görüşdə Rusiya tərəfdən – baş nazirin müavini Aleksey Overçuk, prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov, xarici işlər nazirinin müavini Dmitri Lyubinski, Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerov və Rosatomun baş direktoru Aleksey Lixaçev, Ermənistan tərəfdən isə – baş nazirin müavini Mqer Qriqoryan, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan, xarici işlər nazirinin müavini Mnatsakan Safaryan, Ermənistan Atom Elektrik Stansiyasının baş direktoru Eduard Martirosyan və baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan iştirak ediblər.

Putinlə Paşinyan arasında hansı məsələlərin müzakirə olunduğu barədə məlumat verilməyib.

media-ads_728_90
Paylaş