Putin-Zelenski görüşü Macarıstanda keçirilə bilər
Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin görüşü Macarıstanda keçirilə bilər.
“TV1” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Putin və Zelenskinin görüşü Macarıstanda keçirilə bilər. Lakin Kreml buna razılıq verdiyini açıq şəkildə elan etməyib.
Qeyd edək ki, Almaniya kansleri Fridrix Merts bundan əvvəl bildirib ki, Ukrayna və Rusiya prezidentləri növbəti iki həftə ərzində görüş keçirəcəklər.
ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Putinə zəng etdiyini, Rusiya və Ukrayna prezidentlərinin görüşü barədə danışıqlara başladığını bildirib. Bu görüşdən sonra Putin, Tramp və Zelenskinin üçtərəfli sammiti keçirilməlidir.
Məlumatda eyni zamanda, bu ardıcıllığı V.Putinin təklif etdiyi bildirilir.