Qadın sahibkarlara 24 milyon manat güzəştli kredit verilib

media-ads_728_90

Bu ilin ilk 9 ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli kreditlərindən 420 qadın sahibkar yararlanıb.

“TV1” xəbər verir ki, bu barədə Sahibnkarlığın İnkişafı Fondundan bildirilib.

Bildirilib ki, dövr ərzində sözügedən sahibkarların layihələrinə ümumilikdə 24 milyon manat güzəştli kredit verilib.

Bununla yanaşı, sözügedən dövr ərzində 125 gənc sahibkar təqdim etdikləri layihələr üzrə ümumilikdə 7,9 milyon manat güzəştli kredit əldə edib.

Qeyd edək ki, Azərbaycan Biznesinin İnkişafı Fondu Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı fərman əsasında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşdirilməsi ilə yaradılıb.

media-ads_728_90
Paylaş