Qanunsuz miqrantları daşıyan qayıq batıb - yeddi nəfər ölüb
Egey dənizinin Türkiyənin Bodrum sahillərinə düşən ərazisində qanunsuz miqrantları daşıyan rezin qayıq batıb.
“TV1” xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsinə dənizdən 7 nəfərin cansız bədəni tapılıb. Sahil Mühafizə Briqadası tərəfindən bir nəfər xilas edilib. Qayıqda olan başqa bir nəfər isə özü üzərək sahilə çıxmağı bacarıb.
Ərazidə axtarış işləri davam etdirilir.








