Qaqauz muxtariyyətinin rəhbəri 7 il müddətinə azadlıqdan məhrum edilib

media-ads_728_90

Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib.

“TV1” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd olunub ki, Qutsul 2023-cü ildə seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilinib.

O, cəzasını ümumi rejimli islah koloniyasında çəkəcək.

media-ads_728_90
Paylaş