Qarabağı könüllü tərk etmiş 16 mindən çox erməni Ermənistan vətəndaşlığı alıb
“Qarabağı könüllü tərk edən 16 mindən çox erməni Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib”.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın daxili işlər nazirinin müavini Armen Kazaryan parlamentin müdafiə və təhlükəsizlik daimi komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, bu 16 mindən 5 mindən çoxu avtomatik olaraq Ermənistan vətəndaşı olmuş yetkinlik yaşına çatmayanlardır:
“Bu məlumat sentyabrın 2-nə aiddir”.