Qaradağda avtomol partladı, 1 nəfər xəsarət aldı - VİDEO

media-ads_728_90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yanacaq doldurma məntəqəsində avtomobildə partlayış baş verməsi barədə məlumat daxil olub.

“TV1” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus “MERCEDES” markalı minik avtomobilinin qaz balonunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Partlayış nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

media-ads_728_90
Paylaş