Qaradağdakı palçıq vulkanı püskürüb - VİDEO

media-ads_728_90

Oktyabrın 11-İ saat 08:27-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında püskürmə hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinə (FHN) Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib.

“TV1” xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat verib.

Bildirilib ki, baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən olunub.

Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür.

media-ads_728_90
Paylaş