Qarayaraya yoluxanların sayı artıb

media-ads_728_90

Ötən il Azərbaycanda 22 nəfər qarayara (qaramaldan, xırdabuynuzlu heyvanlardan insana keçən zoonoz xəstəlik – red) yoluxub.

“TV1” xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ildə bu göstərici 14 nəfər olub.

Bununla yanaşı, 2023-cü ildə tulyaremiyaya (dovşan və gəmiricilərdən – red) yoluxma faktı aşkarlanmasa da, 2024-cü ildə bir nəfər bu infeksiyaya yoluxub.

Komitədən bildirilib ki, 2024-cü ildə bruselyoza (qaramal, qoyun və keçi, donuz, dəvələrdən – red) yoluxmada azalma müşahidə edilib. 2023-cü ildə bu xəstəliyə 277 yoluxma aşkarlanıbsa, ötən il bu göstərici 210 nəfərə enib.

Bundan başqa askaridioza (çirkli su, yuyulmamış meyvə-tərəvəz və çirkli əldən -red) yoluxmada artım qeydə alınıb. 2023-cü ildə 16 min 253, 2024-cü ildə isə 16 min 800 nəfər askaridioza yoluxub.

media-ads_728_90
Paylaş