Qarayazı qoruğunda yanğın başlayıb

media-ads_728_90

Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsində yanğın başlayıb.

“TV1” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

media-ads_728_90
Paylaş