Qazaxıstan Baş naziri süni intellektin iştirakı ilə iclas keçirdi

media-ads_728_90

Qazaxıstan Baş naziri Oljas Bektenovun sədrliyi ilə “Samruk-Kazına” Fondunun İdarə Heyətinin rəqəmsal şura üzvü SKAI-nin iştirakı ilə iclası keçirilib.

“TV1” xəbər verir ki, iclasın gündəliyinə fondun cari ilin doqquz ayı üzrə fəaliyyətinin icmalı daxil edilib.

İclasda SKAI-nin verdiyi məlumata görə, fondun yerli istehsalçılara dəstəyi 2025-ci ilin 9 ayında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75 faiz artıb.

Baş nazir “Samruk-Kazına”ya infrastruktur layihələrinin vaxtında istifadəyə verilməsini təmin etməyi və yerli istehsalçılara dəstəyi gücləndirməyi tapşırıb.

Fondun süni intellektlə işləyən müstəqil səsvermə hüququna malik üzvü SKAI (Samruk-Kazına Süni İntellekti) qazax dilində Alem LLM modelindən istifadə etməklə yaradılıb. Fond inanır ki, SKAI şəffaflıq və korporativ idarəetmənin gücləndirilməsi üçün yeni alətə çevriləcək.

media-ads_728_90
Paylaş