Qazaxıstan neftinin BTC ilə nəqli bərpa olunub

media-ads_728_90

Qazaxıstanın “KazMunayQaz” milli şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib.

“TV1” xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.

“Sentyabrın 13-də Aktau limanından BTC istiqamətində 8,8 min ton “Kaşağan” nefti yola salınıb, növbəti yüklənmə sentyabrın 20-nə planlaşdırılır”, – deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, BTC ilə tədarük bu ilin avqustunda dayandırılmışdı. Səbəb bu marşrutla nəql edilən Azərbaycan neftinin ayrı-ayrı partiyalarında üzvi xlorid izlərinin aşkar edilməsi olub.

Şirkətin məlumatına görə, 2025-ci ilin 8 ayı ərzində BTC istiqamətində 0,9 milyon ton Qazaxıstan nefti nəql edilib.

media-ads_728_90
Paylaş