Qazaxıstanda “Auyl Fest. Qoyunçuluq” festivalı keçirilib

media-ads_728_90

Məşhur Edilbay qoyun cinsinin vətəni olan Qərbi Qazaxıstan vilayəti, İlk Beynəlxalq “Auyl Fest. Qoyunçuluq” festivalının mərkəzinə çevrilib. Avqustun 16-da “Auyl” partiyası tərəfindən təşkil olunan bu unikal tədbir ənənələri, innovasiyaları və Almaniya, Fransa, İran, Çin, Rusiya və Türkiyədən olan qoyunçuluq sahəsinin ən yaxşı nümayəndələrini birləşdirib.

Bunu “TV1”- ə açıqlamasında kanalın Qazaxıstan bürosunun rəhbəri İldırım Musayev məlumat verib.

O bildirib ki, Uralskdakı Birinci Prezident Meydanında qazax mədəniyyətinin ruhu canlanır:

“Qonaqları parlaq yurdlar, milli naxışlar, beşbarmaq, baursak və qımız ətirləri qarşılayır. Xalq musiqiləri səslənir, folklor ansamblları səhnəni alovlandırır, uşaqlar isə yun keçələmə ustad dərslərində iştirak edirlər. Amma “Auyl Fest” təkcə bayram deyil. Bu, fermerlərin təcrübə mübadiləsi apardığı, müasir texnologiyaları nümayiş etdirdiyi və investorlarla razılaşmalar bağladığı platformadır. Burada qoyunçuluğu yeni səviyyəyə qaldırmaq, kənd sakinlərinin gəlirlərini artırmaq və regiona turist cəlb etmək yolları müzakirə olunur”.

Edilbay cinsinin qoyunlarının paradı və “Ən yaxşı qoç” müsabiqəsi gurultulu alqışlara səbəb olur, xarici qonaqlar isə torpağımızın potensialına heyran qalırlar. Bu festival milli ənənələrin canlanması, vətənpərvərliyin möhkəmlənməsi və Qazaxıstanın aqrosənaye kompleksinin inkişafı üçün bir addımdır.

media-ads_728_90
Paylaş