Qəzaya uğrayan təyyarənin qalıqlarını aşkarlamaq üçün axtarışlar davam edir - Ərdoğan

media-ads_728_90

“Qəzaya uğrayan təyyarənin qalıqlarını aşkarlamaq üçün axtarışlar davam edir”.

“TV1” xəbər verir ki, bunu Türkiyəyə məxsus hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğraması haqda danışan Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

O, Türkiyənin bu qəzadan minimum itki ilə çıxacağına ümid etdiyini bildirib:

“Təyyarəmizin qəzaya uğradığını öyrəndik. Ölkənin müvafiq qurumlarının təyyarənin qalıqlarını aşkarlamaq üçün axtarışları davam edir. İnşallah, bu qəzadan minimum itki ilə çıxarıq. Rəbbim şəhidlərimizə rəhmət eləsin, dualarımız onlarladır”.

Qeyd edək ki, bu gün Gürcüstanda Türkiyəyə məxsus karqo təyyarəsi qəzaya uğrayıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, Azərbaycandan Türkiyəyə uçan C130 – karqo təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Gürcüstanın aidiyyəti qurumları ilə ərazidə xilasetmə işlərinə başlanılıb.

media-ads_728_90
Paylaş