Qəzza şəhərini 640 mindən çox insan tərk edib

media-ads_728_90

İsrail Müdafiə Qüvvələri (IDF) yenidən Qəzza şəhərinin sakinlərinin təxliyəsinə çağırıb.

“TV1” xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

“640 min fələstinli artıq şəhəri tərk edib”, – deyə məlumatda bildirilib.

IDF-in genişmiqyaslı hücumundan əvvəl Qəzza şəhərində təxminən bir milyon fələstinli yaşayırdı. Mülki əhaliyə İsrailin Qəzzanın cənubunda təyin etdiyi humanitar zonaya təxliyə əmri verilib.

Son günlərdə fələstinlilərin bu bölgədən axını sürətlənib, çünki İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin dərinliklərinə doğru irəliləyir.

Xatırladaq ki, sentyabrın 9-da IDF planlaşdırılan hücumla əlaqədar Qəzza sakinlərini dərhal təxliyə olmağa çağırmışdı.

media-ads_728_90
Paylaş