Qəzzada atəşkəs rejimi QÜVVƏYƏ MİNDİ

media-ads_728_90

İsrail Silahlı Qüvvələri Qəzza sektorunda atəşkəs rejimi ilə bağlı əldə olunmuş razılaşmanın qüvvəyə mindiyini açıqlayıb.

“TV1” xəbər verir ki, ordu rəhbərliyinin yaydığı açıqlamada atəşkəs rejiminin oktyabrın 10-da yerli vaxtla saat 12:00-da qüvvəyə mindiyi bildirilir.

Qeyd edək ki, bu razılaşma Fələstinin HAMAS hərəkatı ilə İsrail arasında aparılan danışıqlar nəticəsində əldə olunub.

Xatırladaq ki, bir müddət öncə İsrail ordusu Qəzza sektorunda yerləşən hərbi bölmələrin razılaşdırılmış mövqelərə doğru geri çəkilməyə başladığını təsdiqləyib.

media-ads_728_90
Paylaş