Qəzza zolağında aclıqdan ölənlərin sayı 147-yə çatıb
Qəzza zolağında aclıq səbəbindən ölənlərin sayı 147-yə çatıb.
“TV1” xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda biri uşaq olmaqla daha 14 nəfər aclıqdan həyatını itirib.
Məlumata görə, ölənlərin 88-i uşaqdır.
Qeyd edilib ki, İsrail humanitar yardımların bölgəyə daxil olmasına maneə yaradır. Bundan əlavə, dünya ictimaiyyəti Qəzzadakı blokadanın soyqırıma çevrilmədən qarşısının alınmasına çağırılıb.