Qəzzada epidemiya riski çox yüksəkdir - “Əl-Cəzirə”

media-ads_728_90

Qəzza zolağında ekoloji vəziyyət fəlakətli səviyyəyə çatır, epidemiya riski çox yüksəkdir.

“TV1” xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı anklavın cənubunda yerləşən Xan Yunis bələdiyyəsinin sədrinə istinadla məlumat yayıb. “Xəstəlik və epidemiyaların yayılmasına səbəb olacaq əsl fəlakətlə üz-üzəyik”, – deyə bələdiyyə sədri vurğulayıb. O əlavə edib ki, Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində baş vermiş dağıntıların miqyası olduqca böyükdür, bu da zibil və tullantı yerlərinə girişi çətinləşdirir və onların vaxtında daşınmasını qeyri-mümkün edir. Bombardman nəticəsində sektorun bitki örtüyünün 90 faizinin məhv olması vəziyyəti daha da ağırlaşdırır.

Bu ərəfədə BMT-nin İnkişaf Proqramının Qəzza ofisinin rəhbəri Alessandro Mrakic də “Reuters” agentliyinə bildirib ki, anklav tonlarla zibillə doludur və antisanitar şərait yerli əhalinin sağlamlığına ciddi təhlükə yaradır.

media-ads_728_90
Paylaş