Qəzzada müharibə başa çatıb - Tramp

media-ads_728_90

“Qəzzada müharibə başa çatıb”.

“TV1” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İsrailə səfəri zamanı təyyarədə jurnalistlərə açıqlamasında deyib.

O, Yaxın Şərqdə vəziyyətin normallaşacağını bildirib.

D.Tramp İsrail və HAMAS arasında atəşkəs razılaşmasının qüvvədə qalacağına inandığını qeyd edərək, insanların müharibədən yorulduqlarını vurğulayıb.

“Mənə çoxlu şifahi zəmanətlər verilib və inanıram ki, onlara çox güclü şəkildə əməl olunacaq. Bunun gerçəkləşəcəyini düşünürəm”, – deyə D.Tramp əlavə edib.

media-ads_728_90
Paylaş